“Başqa kluba getmək istəyirsə, qoy getsin” – İbrahimoviç

Hazırda “Los Anceles Qalaksi”nin şərəfini qoruyan Zlatan İbrahimoviç “Real”a keçəcəyi deyilən “Mançester Yunayted”in futbolçusu Pol Poqba haqqında açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, əvvəllər “qırmızı şeytanlar”ın şərəfini qorumuş isveçli hücumçu, Poqba haqqında bunları deyib:

“Düşünürəm ki, Poqba qalmaq istəmirsə, onu komandada saxlamağın mənası yoxdur. Başqa kluba getmək istəyirsə, qoy getsin. Onun əvəzinə komandada oynamaq istəyən birini gətirmək lazımdır. Komandadan ayrılmaq istəyən biri ən yaxşı oyununu göstərə bilməz.

Futbolçular bir-birlərinə hörmət edirlər. Onlar peşəkardırlar və başqasının vəziyyətini başa düşürlər. Futbolçuların komandadan ayrılmaq məsələsi klub rəhbərliyini daha çox narahat edir. Belə çətin vəziyyətdə biz klub üçün ən yaxşısını etməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button