“Onlarla fəxr edirəm” – Roberto Bordin

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasıının 20-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, italiylı mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

– Komandamın oyunundan razı qaldım. Sona qədər mübarizə apardılar. Bu cür oyunçularım olduğu üçün fəxr edirəm.

– İlk hissədə Mbodja nə olmuşdu? Özünə bənzəmirdi…
– Mbodjla Səlahət Ağayev arasında anlaşılmazlıq oldu. Futbolda belə şeylər olur. Amma o, sonra qol vuraraq, bizə 3 xalı qazandırdı.

– Turnir cədvəlində “Qarabağ”dan önə keçdiniz. Bundan sonra futbolçuları növbəti oyunlara hazırlamaq çətin olmayacaq?
– İlk pillədə olmağımız növbəti oyunlara hazırlaşmağımıza psixoloji təsir etməyəcək. Vaxtımız azdı. Növbəti oyuna kimi komandanı hazırlamağa çalışacağıq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button