“Tottenhem”in prezidentindən Mourinyo və Konte ilə bağlı etiraf

“Tottenhem”in prezidenti Daniel Levi komandanın baş məşqçisi postuna Antonio Konte və Joze Mourinyonu dəvət etməyin səhv olduğunu etiraf edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Levi, adıçəkilən baş məşqçilərlə bağlı səhvə yol verdiyini bildirib:

“Həm Mourinyo, həm də Konte ilə yaxşı münasibətim var. Mən səhv etdim. Onlar əla məşqçidirlər, lakin bu kluba uyğun deyillər. Onların qalib gəlmək istədikləri yol bizim qalib gəlməyimizdən fərqlidir”.

Mourinyo 2019-2021-ci illərdə “Tottenhem”də çalışıb. Konte isə 2021-2023-cü illərdə komandanın “sükanı arxasında” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button