Benitesdən A Seriyası ilə bağlı proqnoz

“Napoli”nin keçmiş baş məşqçisi Rafael Benites bu mövsüm neapolluların çıxışı barədə fikir bildirib.

Komanda.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, o, komandanın baş məşqçisi Luçano Spaletti haqqında da danışıb:

“Mən Spallettinin işini bəyənirəm. O, komandaya qələbə gətirən baxımlı futbol oynada bilir. Onların bu mövsüm çempion olacağına inanıram”.

“Napoli” 1987 və 1990-cı illərdə İtaliya A Seriyasının çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button