Vengerdən DÇ-2022 açıqlaması

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger DÇ-2022 haqda danışıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, fransalı mütəxəssis DÇ-2022-ni bəzi futbolçular üçün sonuncu dünya çempionatı adlandırıb:

“Düşünürəm ki, son 10-15 ildə istedadlarını nümayiş etdirən bəzi böyük oyunçular üçün DÇ-2022 sonuncu turnir ola bilər. İzləmək maraqlı olacaq. Lionel Messi, Kriştiano Ronaldo, Neymar dünyanın ən yaxşı oyunçularıdır. Hamısı özlərini göstərməyə çalışacaqlar. Çünki onlar üçün son şansdır”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-nə qədər davam edəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button