Halandın yuxu rejimi

“Mançester Siti”nin hücumçusu Erlinq Haland yuxu rejimi haqqında danışıb.

Komanda.az xəbər verir ki, norveçli futbolçu axşamlar daha yaxşı yatması üçün xüsusi eynək taxdığını deyib:

“Mən bu eynəkləri axşamlar taxıram. Onlar mənə daha dərin və daha yaxşı yatmağa kömək edir. Mavi işığın və digər cihazlardan gələn sərt işığın qarşısını alır”.

22 yaşlı futbolçu yatmazdan iki saat əvvəl elektron cihazlardan istifadədən imtina etdiyini deyib.

Haland “Mançester Siti”nin heyətində 10 matçda 14 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button