“Onlar hər zaman komandada fərq yarada bilərlər” – Sarri

“Yuventus”un baş məşqçisi Mauritsio Sarri komandanın üzvləri Kriştiano Ronaldo və Paulo Dibala ilə bağlı açıqlama verib.

Komanda.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, Ronaldo və Dibalanın meydandakı birlikləri barədə danışan mütəxəssis, adı “Barselona” ilə yanaşı çəkilən Miralem Pyaniçlə bağlı da fikirlərini bölüşüb:

“Dibala möhtəşəm bir futbolçudur. Əsas məsələ onun və Ronaldonun meydanda bir arada olmasını təmin etməkdir, çünki bunu etmək asan deyil. Komandada bu cür keyfiyyətə sahib iki futbolçu olanda, digər oyunçular həm müdafiədə, həm də hücumda onlara uyğunlaşmağa məcburdur. Onlar hər zaman komandada fərq yarada bilərlər.

Miralemlə danışdım, o, mükəmməl futbolçudur. Pyaniç mənimlə həmfikirdir. O, özünü möhtəşəm futbolçu olduğuna inandırmalıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button