Qvardiola Haland üçün zəmanət verib

“Mançester Siti”nin hücumçusu Erlinq Halandın agenti Rafaela Pimenta norveçlinin Premyer Liqa klubuna transferi haqda danışıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, Halandın İngiltərə nəhənginə transferini texniki seçim adlandırıb:

“Halandın “Mançester Siti”yə transferi hər şeydən əvvəl texniki seçim idi. Baş məşqçi Pep Qvardiola və klub rəhbərliyi onun meydanda olacağına zəmanət verdilər. Daha sonra danışıqlar aparıldı”.

Haland bu mövsüm “şəhərlilər”in heyətində 18 oyuna çıxıb, 23 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button