Öncə Qurban Qurbanov, sonra Qoran Simov

Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Sileks” (Şimali Makedoniya) qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfranslarının vaxtı açıqlanıb.

Komanda.az xəbər verir ki, avqustun 17-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.

Saat 18:30-da Ağdam təmsilçisi “Azersun Arena”da oyunöncəsi son məşqə çıxacaq.

Saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda “Sileks”in baş məşqçisi Qoran Simovun mətbuat konfransı keçiriləcək. Saat 20:00-da rəqib komanda matçın keçiriləcəyi stadionda son məşqə çıxacaq.

Qeyd 1: Mətbuat konfransında iştirak edəcək media mənsublarından tibbi maskadan istifadə etmələri və qeyd olunmuş yerlərdə oturmaları xahiş olunur.

Qeyd 2: Mətbuat konfranslarına yalnız akkreditasiya müraciətində mətbuat konfansında iştirak etmək istədiyini qeyd edənlər buraxılacaq.

Qeyd 3: Təsdiq cavabı almış media mənsubları sabah 13:00-14:00 arası akkreditasiyalarını Respublika stadionundan əldə edə bilərlər.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button