Misirli futbolçu “Mançester Siti”dən ayrılmaq istəyir

“Mançester Siti”nin hücumçusu Omar Marmuş klubunu dəyişmək niyyətindədir. Misirli futbolçu yanvarın əvvəlində “Bornmut”dan transfer edilən Antuan Semenyonun gəlişindən sonra əsas heyətdə sabit oyun praktikası əldə etməmək riski ilə üz-üzə qalıb.

Komanda.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, 26 yaşlı forvard qış transfer pəncərəsi bağlanmamış komandadan ayrılmağa hazırdır.

Marmuşla ən ciddi şəkildə maraqlanan klublar kimi “Aston Villa” və “Tottenhem” göstərilir.

“Mançester Siti” ötən ilin əvvəlində Marmuşu Frankfurt “Ayntraxt”ından 75 milyon avroya transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button