“Təbii ki, çox sevinirəm” – “Bürünc” qazanan Əli

ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyində 102 kq çəki dərəcəsində toplamda bürünc medal qazanan Əli Şükürlü uğuru haqda danışıb.

Komanda.az xəbər verir ki, o, federasiyanın rəsmi saytına açıqlama verərək, əldə etdiyi nəticə ilə bağlı hisslərini bölüşüb:

“Təbii ki, çox sevinirəm. Dünya birinciliyində iştirak etmək, ən yaxşılarla birlikdə bir körpücükdə mübarizə aparmaq böyük şans və imkandır. Las-Veqasa medal ümidiylə gəlmişdim, bunu çox istəyirdim. Şükürlər olsun ki, istəyimə nail ola bildim. Ölkəmizi layiqincə təmsil etdiyimə görə böyük fərəh hissi keçirirəm. İnşallah, bu uğurların davamı gələr.

Sonda, ilk müəllimim Ağalar Muxtarov başda olmaqla, qələbəmdə əməyi olan bütün məşqçilərimə, yığma komandanın və federasiyanın işçi və rəhbər heyətinə təşəkkür edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button