“Barselona” və “Real” fransalı futbolçu ilə maraqlanır

“Bayern”in hücumçusu Mikael Olisenin klubdan ayrılmaq ehtimalı artmaqda davam edir. 24 yaşlı futbolçu bir gün özünü La Liqada sınamaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real” və “Barselona” artıq onun planları barədə məlumat əldə ediblər. Ancaq fransalı futbolçunun yaxın gələcəkdə klubunu dəyişmək planı yoxdur. Hazırda o, Münhendə xoşbəxtdir.

Olise “Bayern”ə 2024-cü ilin yayında “Kristal Pelas”dan keçib. Onun Almaniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button