“Olimpiya”nın oyunçusu: “Qalatasaray” “Qarabağ”la müqayisədə daha səviyyəlidir”

Sloveniyanın “Olimpiya” klubunun futbolçusu Svit Seşlar Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk oyunundan sonra (0:2) açıqlama verib.

Komanda.az xəbər verir ki, o, son Azərbaycan çempionunu Türkiyə “Qalatasaray”ı ilə müqayisə edib:

“Qalatasaray” “Qarabağ”la müqayisədə daha səviyyəlidir. Amma Azərbaycan təmsilçisi də meydanda nə etdiyini bilir. “Qarabağ” Çempionlar Liqasının təsnifatında üstələdiyimiz “Ludoqorets”dən daha kompakt komandadır”.

Seşlar “köhlən atlar”ın keyfiyyətli rəqib olduğunu diqqətə çatdırıb:

“Oyun çətin keçdi. “Qarabağ” keyfiyyətli rəqibdir. Matça yaxşı başlasaq da, birinci hissənin sonlarında iki qol buraxdıq. İkinci hissədə ən azı bir qol vurmağa layiq idik. Uduzsaq da, Azərbaycana ümidli getməliyik. Vəziyyəti lehimizə çevirəcəyimizə inanıram”.

“Qarabağ”la “Olimpiya” arasında cavab qarşılaşması avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button