
Olimpiya Təsnifat turniri: Azərbaycan millisi Niderlanda uduzdu
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, yığma B qrupunun üçüncü matçında Niderlandla üz-üzə gəlib.
Daha əvvəl yarımfinal mərhələsinə vəsiqəni təmin edən yığmamız rəqibinə 11:15 hesabı ilə uduzub.
Yarımfinal və həlledici oyunlar aprelin 14-də baş tutacaq. Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



