“Olimpiakos”la “Neftçi” üçün HİK

Futbol üzrə Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının 2-ci mərhələsi çərçivəsində Yunanıstanın “Olimpiakos” komandasına iki oyunun nəticəsinə görə uduzsa, mübarizəni Avropa Liqasının 3-cü mərhələsində davam etdirəcək.

Komanda.az xəbər verir ki, artıq bu iki komandanın Avroliqadakı potensial rəqibi də dəqiqləşib.

“Neftçi” – “Olimpiakos” cütünün məğlubu Avroliqanın 3-cü mərhələsində Finlandiyanın HİK klubu ilə üz-üzə gələcək. Sözügedən komanda ÇL-in 2-ci mərhələsində İsveçin “Malmö” klubuna məğlub olub. İsveçdə baş tutan ilk oyunda Finlandiya çempionu 1:2 uduzub. Cavab görüşündə isə 2:2 hesabı qeydə alınıb.

“Neftçi” “Olimpiakos”a Yunanıstanda baş tutan ilk oyunda 0:1 hesabıyla uduzub. Bu komandalar arasındakı cavab qarşılaşması sabah Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button