“Olimpiakos” “Neftçi” üçün son məşqinə çıxdı

“Olimpiakos” “Neftçi”yə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 2-ci mərhələsinin cavab oyunundan əvvəl Yunanıstanda son məşqinə çıxıb.

Komanda.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Pirey təmsilçisinin məşqi “Georgios Karaiskakis” stadionunda keçirilib. Məşqdə ilk matçdan əvvəl koronavirusa yoluxmuş mərakeşli hücumçu Yussef əl-Ərabi də iştirak edib. Amma onun Bakıdakı oyunda meydana çıxıb-çıxmayacağı dəqiq deyil.

“Olimpiakos” Bakı vaxtı ilə saat 13:30-da Azərbaycana yola düşəcək. Komandanın Bakıda məşqə çıxacağı gözlənilmir.

İyulun 28-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Olimpiakos” matçı saat 20:00-da başlayacaq. Bakılılar ilk oyunda 0:1 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button