“Ronaldoya tez-tez Messinin ondan daha yaxşı olduğunu deyirdilər”

İngiltərəli keçmiş futbolçu Peter Krauç bir vaxtlar “Mançester Yunayted”in şərəfini qorumuş Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Krauç, hazırda “Yuventus”un formasını geyinən hücumçu ilə bağlı bunları deyib:

“Ronaldo “Mançester Yunayted”də çıxış edərkən, komanda yoldaşları onunla zarafat edirdilər. Futbol oynadığım zaman komanda yoldaşları ilə görüşüb, Ronaldonun necə olduğunu soruşurdum. Ronaldoya tez-tez Lionel Messinin ondan daha yaxşı olduğunu deyirdilər. Ronaldo da onlara cavab olaraq, əzələlərini göstərib, “ola bilər, amma Messi belə görünmür” deyirmiş.

Ronaldonun qərarlı olmasına, zəkasına və nə istədiyini bilməsinə heyranam, amma istedadlı futbolçulardan danışsaq, o, Messi ilə müqayisə oluna bilməz”.

Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”in şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button