İtaliya klubları maraqlanır – Ançelottinin istəmədiyi futbolçu ilə

Transfer hüquqları “Real”a məxsus olan ispaniyalı müdafiəçi Alvaro Odriosola İtaliya çempionatına qayıda bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fiorentina”nın sabiq futbolçusu ilə “Yuventus” və “Milan” maraqlanır. “Real”ın baş məşqçisi Karlo Ançelotti 26 yaşlı Odriosolanı komandasında görmək istəmir, ona görə də, onunla yolları ayırmağa hazırdırlar.

Odriosola 2018-ci ildə “Real”a qoşulub. Amma o vaxtdan bu komandanın heyətində cəmi 43 oyuna çıxıb, 3 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçu “Bayern” və “Fiorentina”ya icarəyə göndərilib. O, bu mövsüm meydana çıxmayıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button