Obradoviçin ilk sınağı ruslara qarşı olacaq


Yanvarın 21-dən 24-dək Antalyada təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin ilk rəqibi məlum olub.

Komanda.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Rusiyanın “Spartak” klubunun əvəzedici komandası ilə qarşılışacaq. Bu barədə Moskva təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Matçın yanvarın 24-də keçirilməsi nəzərdə tutulur.