“O, xüsusi zehniyyətə malik, dünya səviyyəli mütəxəssisdir” – Klopp

İngiltərə Premyer Liqasının 22-ci turu çərçivəsində “Tottenhem”lə qarşılaşacaq “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, oyunun çətin keçəcəyini bildirib:

“Yaxşı təşkil olunmuş komandaya qarşı oynayacağıq. Rəqib ev oyunlarında daha yaxşı çıxış edir. “Tottenhem”in bizə qarşı necə çıxış edəcəyini bilmirik, amma müəyyən ehtimallarımız var. Joze Mourinyonun “Mançester Yunayted”də çalışarkən bizimlə oyunlarda gördüyü işləri düşünməliyik. O, xüsusi zehniyyətə malik, dünya səviyyəli mütəxəssisdir. Mümkün olan hər şeyi qazanmaq istəyir. Buna çox hörmət edirəm”.

“Tottenhem” – “Liverpul” oyunu bu gün, saat 21:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button