Bellingem: “Maradona məndən daha yaxşı idi”

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem “Napoli”yə vurduğu qolun Dieqo Maradona üslubunda qol olduğunu düşünmür.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli futbolçu Maradonanın ondan daha yaxşı olduğunu bildirib:

“Maradona üslubunda qol? Bu, həddən artıq çoxdur. Videolarda və sənədli filmlərdə gördüklərimə əsasən o, məndən daha yaxşı idi.

Vinisius Junior bəlkə də, indiyə qədər sahib olduğum ən istedadlı tərəfdaşdır. Məncə, o, dünyanın ən yaxşısıdır. Əla oynadıq!”

Madrid klubu Çempionlar Liqasının qrup matçında neapolluları 3:2 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button