“Kloppda xüsusi nələrsə var”

“Liverpul”un müdafiəçisi Vircil van Dayk açıqlama verib.

Komanda.az “Daily Mail”ə istinadən xəbər verir ki, niderlandlı futbolçu, Mersisayd klubuna transferi barədə danışıb:

“Çelsi” və “Mançester Siti”yə getmək şansım da vardı. Komandaları müqayisə edəndə, klubun tarixini, şəhəri, mövcud heyəti, yaxın gələcəkdəki planları nəzərə alırsız. Amma mənim diqqət etdiyim ən vacib məsələ baş məşqçi Yurgen Klopp oldu. O, “Liverpul”u seçməyim üçün vacib bir səbəb idi. Kloppda xüsusi nələrsə var. O, insana çox möhtəşəm hiss verir. Oyundan sonra hər bir futbolçunu qucaqlayır. Bu, kiçik bir detal ola bilər, amma futbolçular üçün çox xoşdur”.

Van Dayk 2017-ci ildən “Liverpul”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button