Braziliyalı futbolçu “Napoli”ni seçib – Konteyə görə
“Napoli” “Yuventus”un müdafiəçisi Danilo ilə danışıqlar aparır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, neapollular braziliyalı futbolçu ilə əməkdaşlıq şərtləri barədə şifahi razılığa gəliblər.
33 yaşlı müdafiəçinin müqaviləsi 2026-cı ilə qədər olacaq.
“Mançester Yunayted”, “Flamenqo” və “Əl-Nəsr” də Danilo ilə bağlı sorğular etsə də, “Yuventus”un kapitanı “Napoli”ni seçib. Danışıqlarda əsas rolu “Napoli”nin baş məşqçisi Antonio Konte oynayıb.
Danilo 2019-cu ildən “Yuventus”da çıxış edir. O, bu komandanın heyətində ümumilikdə 213 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin