“O insanların stadiona girişi qadağan olunmalıdır” – Alleqri

İtaliya A Seriyasının 30-cu turunda səfərdə “Kalyari”yə 2:0 hesabı ilə qalib gələn “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis, səfərdə qalib gəlməyin asan olmadığını deyib:

“Komanda olaraq inanılmaz oyun sərgilədik. Texnikamızı göstərdik və rəqibə qol epizodu yaratması üçün şans vermədik. Səfərdə bu qədər yaxşı oynamaq asan deyildi. Burda daha aqressiv oynamağımız lazım idi. Bu dəfə “Udineze” və “Empoli” səfərlərində oynadığımızdan daha yaxşı çıxış etdik”.

İtaliyalı mütəxəssis, komandanın 19 yaşlı futbolçusu Moyze Kinin ünvanına tribunalardan irqçi şüarlar səsləndirilməsi haqqında da danışıb:

“Həmin an oyuna kökləndiyim üçün tribunadakı şüarları eşitmədim. Amma bu kimi məsələlər üçün dəqiq qərar verməyə məcburuq. Tribunada olan bir neçə axmağın irqçi reaksiyalar verməməsi lazımdır. Onlar irqçilik edirlərsə, cəzalarını ömür boyu çəkməli və digərlərinə nümunə olmalıdırlar. O insanların stadiona girişi qadağan olunmalıdır. Stadionda kameralar var, bunu kimin etdiyini tapmaq çox asandır. Əlaqədar insanlar cəza vermək istəsələr, verərlər. Məsələ onların irqçiliyə cəza vermək istəməməsidir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button