“O, hələ də futbol tarixinin ən yaxşılarındandır” – Morata

İtaliyanın “Yuventus” klubunun futbolçusu Alvaro Morata komanda yoldaşı Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

Komanda.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, Morata, portuqaliyalı hücumçu ilə birlikdə oynadığı üçün xoşbəxt olduğunu bildirib:

“Ronaldo ilə oynamaq çox asan və zövqlüdür. O, hələ də futbol tarixinin ən yaxşılarındandır. İnanılmaz keyfiyyətə sahibdir, hər mövqedə oynaya bilər. Ronaldo ilə birlikdə oynamaq mənim üçün qürurdur. Meydandan kənarda da çox yaxşı münasibətimiz var. Uşaqlarıma belə futbolçularla birlikdə oynadığımı deyəcəm”.