“Lempard “Çelsi”ni futbolçu olduğu zamanlardakı kimi idarə edir”

İngiltərənin “Çelsi” klubunun müdafiəçisi David Luiz açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mövsümöncəsi hazırlıq barədə danışan 32 yaşlı futbolçu, baş məşqçi Frenk Lempardla bağlı da açıqlama verib:

“Toplanışda çox yaxşı vaxt keçiririk. Artıq baş məşqçi Frenk Lempardın bizdən nə istədiyini başa düşməyə başlamışıq. Komandamızda böyük enerji var. Həyatda, xüsusilə, işində pozitiv olmaq və bu şəkildə başlamaq çox vacibdir.

Lempard “Çelsi”ni futbolçu olduğu zamanlardakı kimi idarə edir. O, artıq bizim üçün qol vurmaya bilər, amma hələ də bizim liderimizdir. Buna görə də, onu başa düşmək olar.

Gənc olarkən düşünürsən ki, heç kim sənin üçün qapı açmayacaq, ona görə də, özün üçün qapını açmaq məcburiyyətindəsən. Gənc futbolçular bu zehniyyətlə çalışmalıdırlar, çünki futbol asan deyil. Hər gün futbolçu olmaq istəyən bir oğlan dünyaya gəlir, bunun üçün də, hər kəsin çox çalışması və öz qapılarını özlərinin açması lazımdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button