“Mountu yaxşı futbolçu hesab etməyənlər…” – Lempard

“Çelsi”nin baş məşqçisi Frenk Lempard yarımmüdafiəçi Meyson Mount haqda danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis 24 yaşlı oyunçunun zamanla təkmilləşəcəyini bildirib:

“Mountu yaxşı futbolçu hesab etməyənlər hələ onun oyununu izləməyiblər. O, əla futbolçudur. Hər zaman qalib gəlməyə can atır. Hələ gəncdir, zamanla təkmilləşəcək. Buna baxmayaraq, artıq ən yaxşı oyunçu sayıla bilər”.

Mountun “zadəganlar”la müqaviləsi 2024-cü ilin yayına qədərdir. Cari mövsümdə o, Premyer Liqa təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 33 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button