
İngiltərəli futbolçunun iki seçimi var
“Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson bu yay karyerasında dəyişiklik edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı oyunçunu yetişdirdiyi “Nyukasl” geri qaytarmaq istəyir. Ancaq onu “Mançester Siti” də transfer etmək niyyətindədir.
“Meşəçilər” futbolçusu üçün rekord transfer məbləği əldə etməyi planlaşdırırlar.
İngiltərəli futbolçu 2025/26 mövsümündə bütün turnirlər üzrə 39 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



