“Nyukasl” Verner üçün danışıqlara başladı

“Nyukasl” “Çelsi”nin hücumçusu Timo Vernerin mövsümün sonunda birdəfəlik transfer etmək şərti ilə icarəyə götürülməsi üçün ilkin danışıqlara başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, almaniyalı hücumçu əvvəlki klubu “Leyptsiq”ə qayıtmağa hazırdır. Bununla belə, Almaniya klubu Vernerin istəyini təmin etməyə və ona həftədə 270 min funt sterlinq ödəməyə hazır deyil.

Timo Verner ötən mövsüm bütün turnirlərdə 37 oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun London klubu ilə müqaviləsi 2025-ci ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button