Daha bir klub Reşford üçün mübarizəyə hazırlaşır

“Nyukasl” ötən mövsümü “Mançester Yunayted”dən icarə əsasında “Barselona”da çıxış edən Markus Reşfordun transferi uğrunda mübarizəyə qoşulmağa hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” əvvəlcə Entoni Qordonun keçidini həll etdikdən sonra diqqətini Reşfordun transferinə yönəldib. Ancaq kataloniyalıların “Mançester Yunayted”lə apardığı danışıqlar gözlənildiyi kimi irəliləmir.

“Barselona”nın iyunun 15-dək 28 yaşlı futbolçunu satın almaq hüququ olsa da, klub müqavilə şərtlərini yenidən nəzərdən keçirməyə çalışır. Kataloniyalılar ya transfer məbləğinin azaldılmasını, ya da yeni icarə razılaşmasının əldə olunmasını istəyirlər. Bu mövqe isə “Mançester Yunayted” rəhbərliyinin narazılığına səbəb olub. “Qırmızı şeytanlar” danışıqları dayandıraraq, futbolçunu başqa kluba satmaq variantını da nəzərdən keçirirlər.

Yaranmış vəziyyətdən yararlanmaq istəyən “Nyukasl” hadisələrin inkişafını yaxından izləyir. “Sağsağanlar” Reşford bazarda əlçatan olacağı təqdirdə, rəsmi təklif göndərməyə hazırdır.

İngiltərəli hücumçu ötən mövsüm bütün turnirlərdə keçirdiyi 49 oyunda 14 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button