
“Nyukasl” keçmiş futbolçusunu geri qaytarmaq istəyir
“Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson “Nyukasl”a qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Nyukasl” ingiltərəli futbolçunu yayda transfer edə bilər. Klubun yarımmüdafiəçini Bruno Gimarayeşin və ya, Sandro Tonalinin əvəzedicisi kimi gördüyü bildirilir.
Anderson 2024-cü ilin iyul ayında “Nyukasl”dan “Nottingem Forest”ə keçib. O, bu mövsüm bütün turnirlərdə 38 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. 23 yaşlı futbolçunun “Nottingem Forest”lə hazırkı müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



