
“Çelsi”nin hücumçusu “Nyukasl”a keçə bilər
“Çelsi”nin hücumçusu Liam Delap yay transfer dövründə klubunu dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətində “Nyukasl” maraqlıdır. “Sağsağanlar”ın baş məşqçisi Eddi Hou hücum xəttini gücləndirmək üçün Delapı əsas hədəflər siyahısına daxil edib.
Bildirilir ki, “Çelsi” də ingiltərəli forvardla yollarını ayırmağa isti yanaşır, çünki o, gözləntiləri tam doğrultmayıb.
Delap son mövsümdə bütün turnirlərdə 41 oyuna çıxaraq, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



