
“Nyukasl” Qordonun qiymətini açıqlayıb
“Nyukasl” hücumçusu Entoni Qordonla bağlı mümkün transfer variantlarını müzakirə etməyə hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu üçün minimum 86 milyon avro tələb olunur. Daha əvvəl Qordonla “Liverpul” və “Arsenal” maraqlansa da, hazırda əsas namizəd “Bayern” hesab olunur. Yaxın günlərdə futbolçunun nümayəndələri ilə Almaniya klubunun rəsmiləri arasında danışıqların aparılması gözlənilir.
“Sağsağanlar”ın bu transferdən ümumilikdə 90-100 milyon avro gəlir əldə etmək niyyətində olduğu bildirilir.
İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlərdə 45 oyunda iştirak edib, 17 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



