Nunyes İtaliyanın iki klubuna təklif olunub

“Əl-Hilal”ın hücumçusu Darvin Nunyes karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, son günlərdə agenti uruqvaylı forvardı A Seriyasının iki klubuna təklif edib.

Bildirilir ki, Nunyesin “Əl-Hilal”dakı gələcəyi sual altındadır və onun yay transfer dövründə Səudiyyə Ərəbistanını tərk etməsi ehtimalı yüksəkdir.

26 yaşlı hücumçu cari mövsümdə Səudiyyə Ərəbistanı Pro Liqasında 15 oyunda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib. O, daha əvvəl “Liverpul”un rənglərini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button