
Noyer İngiltərə klubunun hədəfindədir
“Bayern”in qapıçısı Manuel Noyer karyerasında ilk dəfə xarici kluba keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı futbolçu hələlik Münhen klubuyla müqaviləsinin müddətini uzadıb-uzatmayacağına qərar verməyib və onun karyerasını sonlandırmaq planı da qeyri-müəyyən olaraq qalır. “Brayton” qolkiperə ciddi şəkildə göz dikib. İngiltərə klubunun baş məşqçisi Fabian Hürzeler Noyerin komandasına qoşulmasını istəyir və bu transfer üçün şəxsən çalışır.
40 yaşlı futbolçu 2011-ci ildən “Bayern”də oynayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



