
Noyer daha bir il “Bayern”də qalacaq
”Bayern” Manuel Noyerin mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə Almaniya çempionunun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı qapıçı ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Noyer 2011-ci ilin yayından “Bayern”də çıxış edir. Almaniya millisinin üzvü cari mövsümdə Münhen təmsilçisinin heyətində 36 rəsmi matçda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



