İngiltərəli futbolçu “Mançester Yunayted”ə keçə bilər – Bu yay

“Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt “Mançester Yunayted”in diqqətini çəkib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 26 yaşlı futbolçunun fəaliyyətini yaxından izləyir. “Nottingem Forest” isə yarımmüdafiəçini ən azı daha bir il komandada saxlamaq niyyətindədir. Amma ingiltərəli oyunçunun bu yay “Mançester Yunayted”ə keçməsi istisna edilmir.

Gibbs-Uayt 2025/26 mövsümündə 53 matçda 18 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun “Nottingem Forest”lə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button