
“Yuventus” geri çəkildi, İngiltərə klubu Mateta üçün hərəkətə keçdi
“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta İngiltərə Premyer Liqasının digər klubunun maraq dairəsinə düşüb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, fransalı forvardı heyətinə qatmaq istəyən klub “Nottingem Forest”dir.
Daha əvvəl mətbuatda Matetaya “Aston Villa” və “Yuventus”un da maraq göstərdiyi bildirilmişdi. Ancaq “qartallar”ın futbolçu üçün irəli sürdüyü maliyyə tələbləri bu klubları geri çəkilməyə məcbur edib.
27 yaşlı futbolçunun “Kristal Pelas”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, cari mövsümdə bütün turnirlərdə 33 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



