“Niyə ancaq mənə belə suallar verirsiz?” – Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 4-cü turunda “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 3:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Sezar Meza Kolli qol da vursa, hazır deyildi. Düşünmürsüz ki, onu ilk hissədə meydana daxil etməklə səhv etdiz?
  • Baxıram konfranslara, digər məşqçilərə “kimi niyə oynatdın, kimi niyə çıxardın” deyə, suallar verilmir. Niyə ancaq mənə belə suallar verirsiz? Sezar ilk hissənin ən yaxşısı idi. İkinci hissədə onun yoxluğu hiss olundu.
  • Yeni transferlər necə təsir bağışladı?
  • Yaxşıdır, daha yaxşı olacaqlar. Futbolçunu oynadaraq formaya gətirməyi düşünürük. Futbolçular məşqlərdə də yaxşı çalışırlar. Rəqabət yaxşı şeydir. Ramon Maçado və Tyaqo Bezerradan xoş siqnallar gəldi. Ümid edirəm ki, yaxşı olacaq.
  • Avrokuboklarda gərginlik var idi. İndi özünüzü daha rahat hiss edirsiz?
  • Onda sıx qrafikdə idik. Avrokuboklarda həddindən artıq çox şeylər gözlənilirdi. Bəlkə də, biz yanıldıq. Gözləntilər çox idi. Hər şey bir günün içində qurulmur. Səbrli olmalıyıq. Allah bizə “Neftçi”də iş vaxtı versin. Yavaş-yavaş, çalışaraq daha yaxşı olacağıq. Qarşıma məqsəd qoymuşam ki, avrokubokların qruplarına düşək. Sözlərlə azarkeşlərimizə ümid vermək istəyirəm ki, yaxşı olacaq. Rəqib baş məşqçi Sənan Qurbanova səbr arzu edirəm. O, kuboku qazandı və komanda pis vəziyyətdə ola-ola bunu etdi. Sənanın dediklərinə qatılıram. O, hər sözünü nöqtəsinə qədər düz dedi. Sənana inanıram. Bütün komandalar belə vəziyyətə düşə bilər, səbrli olsun.
  • Romen Bask və Harramiz Suares nə üçün meydanda yox idi?
  • Hər ikisinin övladı dünyaya gəlib. Buna görə icazə vermişik. Ailə məsələləri idi və icazə verməsəm, alınmazdı. Baskın ailəvi problemi daha çox idi. Ömər Buludov iki həftəlik karantindən təzə çıxıb. Xorxe Korrea da yeni gəldiyi üçün oynamadı.
  • Heyətdə legioner sayı çoxdur. “Kimi oynadım, kimi oynatmayım” deyə, düşünürsüz?
  • Hamısını oynatmaq istərdim. Mənim üçün əsas olan sağlam olmaqdır.
  • Avrokuboklar ərəfəsində gözlədiyiniz legionerlər indi gələnlərdir?
  • Xeyr. Bu futbolçular ilin əvvəlində bizim üçün əlçatmaz idi. Ramon Maçadonun transferi ani alındı. Digərləri mövsümün əvvəlində bizim üçün əlçatmaz idi.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button