Nihad Quluzadə dünya üçüncüsü oldu

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı keçirilir.

Komanda.az xəbər verir ki, ilk yarış günündə 5 güləşçimiz xalçaya çıxıb.

Onlardan 4-ü – Həsən Məmmədli (63 kq), Qurban Qurbanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) yarışla erkən vidalaşıb.

Mübarizəyə ikinci mərhələdən qoşulan Nihad Quluzadə də startda sonuncu xal prinsipinə əsasən İran təmsilçisinə uduzub. Lakin onun rəqibi finala yüksəldiyi üçün Quluzadə noyabrın 2-də təsəlliverici görüşə çıxıb. O, əvvəlcə Özbəkistandan olan həmkarını üstələyib. Növbəti qarşılaşmada isə Ukrayna idmançısına heç bir şans tanımayıb. Həlledici görüşdə ABŞ təmsilçisinə tam üstünlüklə qalib gələn Nihad dünya çempionatının bürünc medalına sahib çıxıb.

55 kq
1/8 final: Nihad Quluzadə – Poya Dad Marz (İran) 1:1*
Təsəlliverici görüş: Nihad Quluzadə – İxtiyar Botirov (Özbəkistan) 7:3
Təsəlliverici görüş: Nihad Quluzadə – Taras Krupski (Ukrayna) 8:0
Bürünc medal görüşü: Nihad Quluzadə – Teylor La Mont (ABŞ) 9:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button