“Real”la “Barselona”nın hədəfindəki mərakeşli

Niderlandın “Ayaks” klubunun futbolçusu Nusser Mazraui Avropanın nəhəng klublarının hədəfindədir.

Komanda.az xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə İspaniyanın “Real”, “Barselona”, İngiltərənin “Mançester Siti” və “Arsenal” klubları yaxından maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Mazrauinin “Ayaks”la müqaviləsi 2022-c ilin yayına qədərdir. Mərakeşli müdafiəçinin “transfermarkt”da dəyəri 18 milyon avrodur.