Niderland millisi üçün daha bir namizəd

Ronald Kumanın “Barselona”ya getməsindən sonra Niderland millisinin boş qalan baş məşqçi postuna daha bir namizəd müəyyənləşib.

Komanda.az “De Telegraaf”a istinadən xəbər verir ki, Frank de Bur millini çalışdıra bilər. Yerli futbol federasiyasının 50 yaşlı mütəxəssislə danışıqlara başladığı bildirilir. Baş məşqçi təyinatında tələsən federasiyanın müzakirələrin uğurlu olacağı halda tezliklə müqaviləyə imza atacağı deyilir.

De Bur məşqçilik karyerası ərzində “Ayaks”, “İnter”, “Kristal Pelas”, “Atlanta Yunayted” kimi komandaları çalışdırıb.

Niderland millisinin baş məşqçi postu üçün Frank Raykardın da adı çəkilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button