AÇ-2020: “Rəqibimiz güclü idi, lakin…” – De Bur

Niderland milli komandasının baş məşqçisi Frank de Bur AÇ-2020-nin 1/8 final mərhələsində Çexiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, de Bur, 0:2 hesabıyla uduzduqları görüş haqda bunları deyib:

“Rəqibimiz güclü idi, lakin “qırmızı”ya qədər yaxşı oynadığımızı düşünürəm. Oyuna nəzarət bizdə idi. İlk hissədə yaxşı qol imkanlarımız olsa da, dəyərləndirə bilmədik.

Belə oyunların bir və ya iki qırılma anı olur. Onlardan biri Donyell Malenin qaçırdığı qol epizodu idi. Digəri də aldığımız “qırmızı”. Belə bir komandaya qarşı ola biləcək ən pis ssenarini yaşadıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button