Niderland klubundan “İnter”ə “yox” cavabı

“İnter” PSV-nin vingeri İvan Perişiçi yenidən heyətinə cəlb etməyə çalışır. Klub planlaşdırıldığı kimi, UEFA Çempionlar Liqasının ümumi mərhələsi başa çatdıqdan dərhal sonra Eyndhoven təmsilçisi ilə danışıqları bərpa edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSV-nin avrokuboklardan kənar qalması Milan təmsilçisinin xorvatiyalı futbolçunun transferində şanslarını artıracağı gözlənilirdi. Ancaq buna baxmayaraq, Niderland klubu yenə də “İnter”ə mənfi cavab verib.

“Qırmızı-ağlar” ölkə daxilində bütün turnirlərdə qalib gəlməyi hədəfləyir və mövsümün gedişində əsas oyunçularını buraxmaq niyyətində deyil.

Perişiç 2015–2022-ci illərdə “İnter”in formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button