
Neymarın zədəsi düşünüldüyündən daha ciddidir
“Santos”un hücumçusu Neymar Braziliya millisinin düşərgəsinə zədə ilə qoşulub.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, 34 yaşlı forvardın zədəsi əvvəl düşünüldüyündən daha ciddidir. Bildirilir ki, “Santos”un tibbi heyəti futbolçunun durumunu yüngül göstərsə də, əsl vəziyyət daha narahatedicidir.
Neymar yaxın günlərdə Braziliya millisinin bazasında əlavə tibbi müayinədən keçəcək. Bundan sonra onun durumuna tam aydınlıq gələcəyi qeyd olunur.
Daha əvvəl “Santos” tərəfi futbolçunun baldır əzələsində problem yaşadığını açıqlamışdı. Onun zədə səbəbindən Braziliya millisinin Panama və Misir yığmalarına qarşı keçirəcəyi yoxlama oyunlarını buraxmaq ehtimalı yüksək qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



