Neymarın əvəzinə Villian

İngiltərənin “Çelsi” klubunun futbolçusu Villian Braziliya millisinə çağırılıb.

Komanda.az xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

30 yaşlı hücumçu zədələnən Neymarın əvəzinə yığmaya dəvət edilib. PSJ-nin ulduz futbolçusu Qətərlə yoxlama görüşündə ciddi zədə aldığı üçün millinin heyətindən çıxarılıb.

Braziliya millisi 15 iyun – 7 iyul tarixlərində keçiriləcək Amerika kubokunda iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button