Ançelottidən Neymar açıqlaması

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymar barədə fikirlərini bölüşüb.

Son günlərdə 34 yaşlı hücumçunun qarşıdakı dünya çempionatı üçün Braziliya yığmasının heyətinə daxil edildiyi barədə xəbərlər yayılıb. Ancaq onun yekun siyahıda yer alıb-almayacağı hələ dəqiq deyil.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis, Neymarın həm komanda yoldaşları, həm də azarkeşlər tərəfindən çox sevildiyini bildirib:

“Neymarı həm futbolçular, həm də azarkeşlər çox sevir. Onun çağırılmasını paltardəyişmə otağına atılmış bomba ilə müqayisə etmək olmaz, çünki ona böyük hörmət və sevgi var. Hər kəsin öz fikrinin olması normaldır. Mənə məsləhət verən hər kəsə təşəkkür edirəm. Neymar ölkə üçün vacib oyunçudur. O, hər zaman nümayiş etdirdiyi böyük istedada sahibdir və problemlərini aşmağa çalışır”.

Braziliya millisi 2026-cı il dünya çempionatının C qrupunda Mərakeş, Şotlandiya və Haiti yığmaları ilə mübarizə aparacaq. 11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button