
Neymardan Messiyə xüsusi hədiyyə
“Santos”un hücumçusu Neymar keçmiş komanda yoldaşı Lionel Messiyə xüsusi hədiyyə təqdim edib.
Bildirilir ki, Neymar “Barselona” və PSJ-də birgə çıxış etdiyi, səkkizqat “qızıl top” sahibi olan Messiyə öz adı yazılmış bir neçə forma bağışlayıb. Paylaşımda hədiyyənin rəmzi mənasına xüsusi diqqət çəkilib.
Komanda.az Braziliya klubunun mətbuat xidmətinin açıqlamasını təqdim edir:
“Neymardan – Messiyə. Dahi oyunçuya – şahzadədən. “Kral”ın əbədiləşdirilmiş nömrəsi ilə əvəzolunmaz forma. Leonun 10 nömrəsi, Neymarın 10 nömrəsi və Pelenin 10 nömrəsi. Bu, futbol tarixidir”.
Argentinalı futbolçu hazırda ABŞ-ın MLS liqasında, “İnter Mayami”nin formasını geyinir. Neymar isə vətənində – “Santos”da çıxışını davam etdirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



