
Komanda yoldaşları ilə münaqişə yaşayan Neymar “Santos”un məşqini buraxıb
“Santos”un hücumçusu Neymar komanda yoldaşları ilə yaşandığı iddia olunan gərginlikdən sonra məşqi buraxıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu matçdan bir gün sonra klubun bazasına gəlsə də, şəkil çəkdirib qəhvə içdikdən sonra məşqdə iştirak etmədən oranı tərk edib. Onun məşqçilər heyətinin proqramında nəzərdə tutulan bərpa məşqinə qatılmadığı bildirilib.
Daha əvvəl mətbuatda 34 yaşlı forvardın Qabriel Bontemponu “axmaq” adlandırdığı və “Şapekoense” ilə 2:2 hesablı heç-heçədən sonra Joao Ananyasla mübahisə etdiyi yazılıb. Neymar isə bu iddiaları təkzib edərək, bunun bütün komanda ilə adi söhbət olduğunu bildirib. “Santos” rəhbərliyi də paltardəyişmə otağında baş verdiyi deyilən hadisənin səbəblərini araşdırmağa başlayıb.
Bizi Facebook-da izləyin



