“Neymarsız dünya çempionatı olar?”

Neymar Braziliya millisinin 2026-cı il dünya çempionatı üçün heyətinə daxil edilməsinə münasibət bildirib. Hazırda “Santos”un formasını geyinən hücumçu mundiala çağırılmasını sosial şəbəkə hesabında xüsusi paylaşım ilə qeyd edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu paylaşımında bunları yazıb:

“Hamının gözlədiyi çağırış. Neymarsız dünya çempionatı olar?”

Neymar karyerası ərzində Avropada “Barselona”, PSJ və Səudiyyə Ərəbistanında “Əl-Hilal” klublarında çıxış edib.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada olmaqla üç ölkədə keçiriləcək. Braziliya millisi qrup mərhələsində Şotlandiya, Mərakeş və Haiti yığmaları ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button